...

Niderlandda görüşərik...


Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirdi. Levice şəhərində Slovakiya ilə üz-üzə gələn komandamız meydana ciddi itkilərlə çıxmışdı. Klubunun oyununda zədələnən Rafael Vilelanın oynamayacağı əvvəlcədən məlum idi. Amma toplanış zamanı baş məşqçi Joze Alesio daha iki futzalçının xidmətindən məhrum oldu. Belə ki, Hadi Ahmadi və Bolinha zədələndiyinə görə, səfərə aparılmadı. Ramiz Çovdarovla Amir Sojaenin yüngül zədəsi olsa da, onlar heyətdəki yerlərini almışdılar.

Beləliklə, Bakıdakı oyunla müqayisədə komandamız bu duelə 4 əsas oyunçusu olmadan çıxdı. Əvəzində cəza və zədə üzündən ilk dueldə komandamıza kömək edə bilməyən Eduardo Borges və Fineo De Araujo meydanda idi. Rəqib düşərgədə isə kapitan Peter Kozarın, Rick və Karpaik sıraya döndüyünü qeyd etməliyik.  

Millimiz  qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etsə də, bu qarşılaşmada alınacaq xal və ya xallar liderliyi təmin etmək baxımından vacib idi. Eyni zamanda hər bir qələbə reytinq əmsallarını da artırmağa imkan yaradacaqdı. Slovakiya isə həm zirvə uğrunda mübarizəsini davam etdirmək, ən azı isə ikinci yeri əldən verməmək üçün minimum 1 xal qazanmaq haqda düşünürdü.

İlk təhlükəli hücumu millimiz qurdu. Amma Fideo hədəfə düşə bilmədi. Ardınca meydan sahiblərindən Drahovski və Rafaj qapımız qarşısında həyəcan yaratdı. Çevçik isə 10-cu dəqiqədə Drahovskinin asmasını başqa meydandan çıxardı. Tədricən təzyiqi artıran Slovakiya yığması 15-ci dəqiqədə məqsədinə çatdı. Hüseynli ilk zərbəni dəf etsə də, komanda yoldaşına dəyən top rəqibin qarşısına düşdü. Nəticədə Doşa fürsəti boşa vermədi. 18-ci dəqiqədə Qalonun zərbəsini qolkiper kornerə göndərməklə hesabın bərabərləşməsinin qarşısını aldı.

İkinci hissənin ilk dəqiqəsində Fineo sol cinahda iki rəqibini keçib qapıya paralel ötürmə etsə də, Edu son zərbəni vurmağa çatmadı. 23-cü dəqiqədə isə Rövşən Drahovskinin fərqlənməsinə imkan vermədi. Ardınca Qalonun zərbəsi təhlükəli, amma qeyri-dəqiq alındı. 31-ci dəqiqədə Smerçkanın zərbəsini geri qaytaran Rövşən topu Qaloya ötürməklə əks-hücuma şərait yaratdı. Sonuncunun zərbəsini isə qapıçı çətinliklə kornerə çıxartdı. Bir dəqiqə sonra İsa Atayevin cərimə zərbəsini Karpiak geri qaytardı. Status-kvonu bırpa etmək üçün Alesio 36-cı dəqiqədə qapıçını meydan oyunçusu ilə əvəzlədi. Bu funksiyanı Eduardo yerinə yetirdi. Bu dəqiqələrdə rəqibi təzyiq altında saxlayan komandamız sona 31 saniyə qalmış hesabı bərabərləşdirdi. Qalo qrup liderliyini təmin etmək üçün lazım olan xalı qazandıran qolun müəəlifi oldu. Bununla da millimiz qrup liderliyini təmin etmiş oldu. Komandamız qrupda son oyununu aprelin 14-də, Bakıda, saat 19:00-da Yunanıstan yığmasına qarşı keçirəcək.  


Slovakiya – Azərbaycan (1:0) 1:1

8 aprel. Levice. İdman zalı. Saat 18:00

Hakimlər: Kirill Naishouler (Finlandiya), Arttu Kyynaeraeinen (Finlandiya), Martin Matula (Slovakiya)

Timekeeper: Miroslav Jezik (Slovakiya)

Hakim-inspektor: Gautier Perry (Belçika)

UEFA nümayəndəsi: Sean Dipple (İngiltərə)

Qollar: Martin Doşa, 14:08 // Qalo, 39:29

Sarı vərəqələr: Qabriel Rick, 22:39 // İsa Atayev, 38:42, Tofiq Mikayılov, 39:30

 

Slovakiya

2. Marek Karpiak (GK), 5. Qabriel Rick, 9. Peter Kozar (k), 10. Martin Doşa, 16. Tomaş Drahovski, 1. Milan Herko (GK), 3. Duşam Rafaj, 4. Peter Serbin, 7. Martin Smerçka, 8. Martin Zdrahal, 12. Marek Belanik, 13. Anton Brunovski, 14. Matuş Çevçik, 15. Vojech Turek

Baş məşqçi: Marian Berky

 

Azərbaycan

12. Rövşən Hüseynli (GK), 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 13. Qalo, 16. Fineo De Araujo, 1. Emin Kürdov (GK), 19. Cavad Məmmədov (GK), 5. Amir Shojaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 20. Tofiq Mikayılov

Baş məşqçi: Joze Alesio Da Silva

 

 

 

Komanda

O

Q

H/H

M

T/F

X

1

Azərbaycan

5

4

1

0

18-6

13

2

Slovakiya

5

2

2

1

17-9

8

3

Moldova

4

1

1

2

11-15

4

4

Yunanıstan

4

0

0

4

1-17

0