...

Yunanıstan millisi 16 futzalçı ilə hazırlaşır


Avropa çempionatının seçmə qrup mərhələsində millimiz son oyununu aprelin 14-də keçirəcək. Komandamız bu dəfə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan və ilk xalını bir neçə gün əvvəl Moldova ilə heç-heçə edərək əldə edən Yunanıstan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da start götürəcək və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Əvvəlcədən xəbər verdiyimiz kimi, oyunu Ukraynadan olan hakimlər idarə edəcək. Üçüncü referi və timekeeper isə həmyerlilərimiz olacaq. Bu arada Yunanıstan yığması millimizlə oyunun hazırlığını aprelin 10-dan etibarən davam etdirir. Baş məşqçi Giannis Ziavas 16 futzalçıya dəvət göndərib. Komanda Bakıya sabah gələcək və “Hyatt Regency” hotelində məskunlaşacaq. Məlumat üçün qeyd edək ki, Azərbaycan və Yunanıstan futzalçıları milli komanda səviyyəsində cəmi bir dəfə qarşılaşıblar. Belə ki, bu il fevralın 2-də Afinada keçirilmiş oyunda millimiz 3:0 hesabı ilə qələbə qazanıb. Görüşü idarə edəcək hakimləri və rəqibin heyətini diqqətinizə çatdırırıq:

Hakimlər: Yaroslav Vovçok (Ukrayna), Yevhen Hordiienko (Ukrayna), Knyaz Əmiraslanov (Azərbaycan)

Timekeeper: Hikmət Qafarlı (Azərbaycan)

Hakim-inspektor: Andreas Demetriou (Kipr)

UEFA nümayəndəsi: Sergey Lisençuk (Ukrayna)

 

Yunanıstan

Qapıçılar: Dimitris Zervas (Doukas), Theofilou Dimitrios (AEK)

Oyunçular: Dimitrios Karavidas (Doukas), Çaralampos Stavrakopoulos (Doukas), İoannis Delaportas (AEK), Gaifillias Apostolos (Panatinaikos), Andreas Tarnanidis (AEK), Antonios Kontogeorgis (Neo İkonio),  Datis Marios (AEK), Spyridon Kondylatos (Doukas), Gousis Panagiotis (AEK), Dimitrios Karidas (AEK), Floros Acxilleas (Doukas), Papakostas Spyridon (Panatinaikos) Gritzalis Spyridon (Hermes Painter), Michalitsis Efthymios (AEK)