AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Aparılmış müzakirələrdən sonra futzalla bağlı aşağıdakı qərarlar qəbul olunub:
- Pandemiya səbəbindən futzal üzrə ölkə çempionatının keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm futzal üzrə UEFA Çempionlar Liqasinda çıxış edəcək klubun müəyyənləşdirilməsi Futzal Federasiyasına tapşırılsın
- Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva ilə müqavəli 1 il müddətinə uzadılsın