...

Çempion 11 futzalçı ilə başlayıb


UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” klubu hazırlığa başlayıb. Bu gün tibbi müayinədən keçən Azərbaycan çempionu fiziki çalışmalara üstünlük verir. Futzalçılar bu məqsədlə gündə bir dəfə Bakı İdman Sarayının parketinə ayaq basırlar. Hazırda məşqçilərin sərəncamında ikisi qapıçı olmaqla 11 futzalçı var. Yeni transferlər - Conatas Felipe və Emanoel Rodriges, eləcə də İsak Surğalı isə avqustun 5-də komandaya qoşulacaq.

Hazırda məşqlərdə iştirak edən futzalçıların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar: Rövşən Hüseynli, Azər Fərmanov

Oyunçular: Rizvan Fərzəliyev, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov, Nurlan Mehdizadə, Murilo Borges, Amir Sojaei, Hadi Ahmadi, Adil İsmayılov.

Qeyd edək ki, “Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində avqustun 21-də “Europa”, ertəsi gün “Kampuksen Dinamo”, avqustun 24-də isə “Raba” klubu ilə qarşılaşacaq. Təmsilçimizin yer aldığı qrupun oyunları Latviyada təşkil olunacaq.