Xəbər verdiyimiz kimi, avqustun 30-da, saat 18:00-da İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılacaq. Mübarizəyə ilkin mərhələdən start verən və əsas mərhələyə vəsiqə qazanan “Araz-Naxçıvan” B yolunda yer alacaq. B yolunda reytinq cədvəlinin 12-15 və 20-22-ci pillələrində qərarlaşmış 7 klub, onlara ilkin mərhələdə iştirak etmiş və qrup qalibi, eləcə də ən yaxşı ikinci yerin sahibi kimi qoşulacaq 9 komanda mübarizə aparacaq. Burada 16 komanda 4 qrupda yarışacaq. Əvvəlcədən evsahibliyi təsdiqlənmiş klublar fərqli qruplarda yer alacaqlar. Elit-raunda ancaq qrup qalibləri vəsiqə qazanacaqlar. Oyunlar oktyabrın 26-dan 31-dək keçiriləcək. Onu da qeyd edək ki, “Araz-Naxçıvan” və Kampuksen Dinamo ilkin mərhələdə eyni qrupda yer aldığına görə, əsas mərhələdə rəqib ola bilməyəcəklər. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Kosovo Serbiya və Bosniya və Herseqovina, eləcə də Azərbaycan və Ermənistan təmsilçiləri bir-biri ilə eyni qrupda yer almayacaqlar.
Səbət 1 – evsahibləri
Olmissum (Xorvatiya) – qrupda 1-ci sıra
Mostar SG (Bosniya və Herseqovina) - qrupda 1-ci sıra
Uraqan İvano – Frankivsk (Ukrayna) – qrupda 2-ci sıra
Luxol St. Andreus (Malta) - qrupda 2-ci sıra
Səbət 2 – qrupda 3-cü və 4-cü sıra
Araz-Naxçıvan (Azərbaycan)
Haladas (Macarıstan)
KMF FON (Serbiya)
Kampuksen Dinamo (Finlandiya)
Liqeni (Kosovo)
Dinamo Plyus (Moldova)
Hammarby (İsveç)
Diamant Linz (Avstriya)
Səbət 3 – qrupda 2-ci sıra
Hovocubo (Niderland)
Leo (Ermənistan)
Səbət 4 – qrupda 1-ci sıra
Rekord Bielsko-Biala (Polşa)
United Qalati (Rumıniya)