...

UÇL: “Araz-Naxçıvan”ın oyunlarının təqvimi


UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 6-cı qrupun oyunlarının təqvimi açıqlanıb. Bu qrupun oyunların oktyabrın 28-də, 29-da və 31-də keçiriləcək.

Təmsilçimiz ilk matçda “Uraqan İvano – Frankivsk” (Ukrayna) klubu ilə üz-üzə gələcək. Ertəsi gün  “Yunayted Qalati” (Rumıniya) komandası ilə qarşılaşacaq Azərbaycan çempionu sonda “Liqeni” (Kosovo) ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qrupun oyunları Ukraynada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda vəsiqə qazanacaq.