Xəbər verdiyimiz üçün, Yüksək Liqanın 2021-2022-ci il mövsümündə iştirak edəcək klublar üçün seminarlar keçirilir.
Növbəti belə seminar “Neftçi” İK komandasının üzvləri üçün təşkil olunub. “Olimpik Star”da komandanın məşqindən əvvəl hakim-inspektor Elçin Məmmədov qaydalardakı (Əsasnamə və ya Oyun Qaydaları) dəyişikliklər, təlimatlardakı əlavələr barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.