...

Statistika nə deyir?


Xəbər verdiyimiz kimi, AÇ-2022-nin final mərhələsində millimiz D qrupunda Bosniya və Herseqovina, İspaniya və Gürcüstanla qarşılaşacaq. Oyunlar gələn il yanvarın 22-də, 26-da və 29-da Niderlandda keçiriləcək. Komandamız bu rəqibləri ilə müxtəlif vaxtlarda rəsmi oyunlarda qarşılaşıblar. Gürcüstanla 3 oyunun ilkində heç-heçə etmişiksə, qalan 2 matçda qələbə qazanmışıq. Ən çox qapısına yol tapdığımız komandada elə Gürcüstan millisidir – 17:10. Bosniya və Herseqovina ilə baş tutmuş 2 dueldə də sevinən tərəf Azərbaycan millisi olub. Qolların nisbəti isə belədir: - 8:6. İspanlarla hər 3 oyun isə uğursuz alınıb. Üç oyunda onları 5 dəfə məyus etmişik - 5:13.

 

DÇ-2000 (seçmə mərhələ - Xorvatiya)

28.02.2000. Gürcüstan – 6:6

AÇ-03  (seçmə mərhələ - Portuqaliya)

09.11.2002. Gürcüstan – 4:1

AÇ-05 (seçmə mərhələ - Serbiya)

30.01.2005. Gürcüstan – 7:3

AÇ-12 (seçmə mərhələ - Azərbaycan)

27.02.2011. İspaniya – 3:8

AÇ-2014 (seçmə mərhələ - Slovakiya)

28.03.2013. Bosniya və Herseqovina – 3:2

DÇ-2016 (final mərhələsi – Kolumbiya)

15.09.2016. İspaniya – 2:4

AÇ-2018 (seçmə mərhələ - Azərbaycan)

08.04.2017. Bosniya və Herseqovina – 5:4

(final mərhələsi - Sloveniya)

04.02.2018. Azərbaycan – İspaniya 0:1