...

İntizam Komitəsinin qərarları


AFFA İntizam Komitəsinin qərarları:

10.10.2021-ci il tarixində İkinci Liqasının I turunun “Zülfüqar” – “Hövsan” oyununda matç bitdikdən sonra “Zülfüqar” komandasının 22 nömrəli futzalçısı Vüsal Məmmədov AFFA Hakimlər Komitəsinin üzvlərini təhqir etdiyinə görə 3 oyun cəzasının üzərinə əlavə olunur.

15.10.2021-ci il tarixində Yüksək Liqanın “Neftçi” İK – “Alyans” FK oyununda “Alyans” FK komandasının 11 nömrəli futzalçısı Rüstəm Bağırzadə hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)

15.10.2021-ci il tarixində Yüksək Liqanın “Neftçi” İK – “Alyans” FK oyununda “Neftçi” İK komandasının 1 nömrəli futzalçısı Elnur Zamanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)

15.10.2021-ci il tarixində Birinci Liqanın “Baku Fire 2” – ADBTİA oyununda “Baku Fire 2” komandasının 21 nömrəli futzalçısı Rəşid Oruçov oyunun 6-cı dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)