...

“Hansısa səhvimiz bizə baha başa gələcək”


UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilmiş “Uraqan”la oyun haqda “Araz-Naxşıvan”ın hücumçusu Felipinyonun azfutzal.az-a açıqlaması.

"Çətin oyun oldu. Birinci hissədə oyunumuz alınmadı. Hər iki qolda kobud səhvlər etdik. Hücuma çıxmaq istəyərkən özümüz cəzalandırıldıq. Halbuki qol vurmaq üçün şanslarımız oldu. Təəssüf ki, biz istifadə edə bilmədik. Onlar isə maksimumu etdilər.

Hər bir komanda turnir ərzində 3 oyun keçirməlidir. Bu gün birinci oyunumuzu arxada qoyduq. Qarşıda isə hələ iki matçımız var. İstənilən komanda uduza, xallar itirə bilər. Bugünkü kimi etməməliyik. Səhvlərimizi analiz etdik. İndi qarşıdakı iki oyundan maksimum xal toplamalıyıq ki, rəqiblərimizin itirəcəyi xallar işimizə yarasın.

Rumıniya çempionu da turnirə məğlubiyyətlə başlayıb. Sabah onlar da aqressiv olacaqlar. Əlbəttə, hər iki komandaya çətin olacaq. Bu mərhələdə zəif rəqib olmur. Çalışacaqlar ki, 3 xalla ayrılaq meydandan. Bizim də bir məqsədimiz var: qələbə qazanmaq. Hansısa səhvimiz bizə baha başa gələcək. İlk oyunda cəzalı olduğuna görə meydana çıxmayan Xətai Bağırov da bizə kömək edəcək. Müdafiədə aqressiv oynamalı, sürətli hücumlar qurmalı, qollar vurmalıyıq. Məğlubiyyəti unutmalı, “Yunayted Qalati” ilə matça konsantrasiya olmalıyıq”.