UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz bu gün ikinci oyununa çıxıb. “Araz-Naxçıvan” Rumıniya çempionu “Yunayted Qalati” ilə qarşılaşıb. İlk matçdan fərqli olaraq bu dəfə Xətai Bağırov heyətdəki yerini almışdı. Oyuna təmsilçimiz üstün başladı. 2-ci dəqiqədə Xətai dönüşünü qolla qeyd etməyə yaxın oldu. O, qapıçını keçsə də, vacib olanı - qapıya düşməyi bacarmadı. Davidin 4-cü dəqiqədəki zərbəsi isə dəqiq alındı. İkinci “dördlük” də meydana çıxışını qolla qeyd etdi. Bu dəfə Maneka toru silkələməyi bacardı. Ardıcıl qollardan sonra rəqib fərqi minimuma endirdi. Araujo qolun müəllifi oldu. Braziliyalı 17-ci dəqiqədə dubl etməklə hesabı da bərabərləşdirdi. Amma fasiləyə “Araz-Naxçıvan” üstün yollandı. Murilo 17 saniyə qalmış komandamızın 3-cü qolunu vurdu. İkinci hissədə Felipinyo, Xətai, David bir neçə epizodda fərqi artırmaq şansını qaçırdı. 36-cı dəqiqədə rəqib meydanda azlıqda qaldı. Octavian Kires Ramiz boş qapıya zərbə endirən zaman ona qarşı kobud oynadı və meydandan qovuldu. Cəmi 15 saniyə kifayət etdi ki, təmsilçimiz üstünlüyünü 2 topa çatdırsın. İsa qapıya zərbə endirməyə cəhd etsə də, zərbəsi ötürmə kimi alındı. Qapı qarşısında nəzarətsiz qalan David bu hədiyyədən məmnuniyyətlə faydalandı. Sonrakı 1 dəqiqə ərzində tərəflər hərəyə bir dəfə də fərlənmək imkanı qazandı. Araujo het-trik etdisə, Felipinyo oyunda özünün qol hesabını açdı.
“Araz-Naxçıvan” - “Yunayted Qalati” (Rumıniya) (3:2) 5:3
29 oktyabr. İvano – Frankivsk. Saat 15:00
Hakimlər: Dejan Veseliç (Sloveniya), Ozan Soykan (Türkiyə), Josip Barton (Şimali Makedoniya)
Timekeeper: Denis Kutsi (Ukrayna)
Hakim-inspektor: Patrik Villemark (Belçika)
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya)
Qollar: David Qustavo, 3:30, 35:38, Maneka 5:20, Murilo Borges,19:43, Felipinyo, 36:50 // Daniel Araujo, 6:58, 16:48, 36:37
Sarı vərəqə: David Qustavo, 18:54
Qırmızı vərəqə: Octavian Kires, 35:23
Araz-Naxçıvan
12. Rövşən Hüseynov (q, k), 13. Amir Şocaei, 11. Xətai Bağırov, 17. Felipinyo, 6. David Qustavo, 1. Emin Kürdov (q), 15. Hadi Ahmadi, 7. Ramiz Çovdarov, 8. İsa Atayev, 9. Maneka, 14. Murilo Borges, 18. Nurlan Mehdizadə, 20. Tofiq Mikayılov
Baş məşqçi: Joze Alesio Da Silva
Yunayted Qalati
12. Toni Tonita (q), 4.Konstantin Burdujel (k), 8. Sergey Takot, 9. Octavian Kires, 14. Daniel Araujo, 2. Alin-Robert Kardei (q), 1. İonut Paduraru (q), 5. Daniel-Kosmin Petica, 6. Lukas, 7. Marius Andrei Arhire, 11. Robert Krişan, 13. Florin İqnat, 17. Rares Oana
Baş məşqçi: Florin İqnati
№ |
Komanda |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Liqeni |
1 |
1 |
0 |
0 |
6-4 |
3 |
2 |
Uraqan |
1 |
1 |
0 |
0 |
2-1 |
3 |
3 |
Araz-Naxçıvan |
2 |
1 |
0 |
1 |
6-5 |
3 |
4 |
Yunayted Galati |
2 |
0 |
0 |
2 |
7-11 |
0 |