...

“Bu cür səhvlər etməməliyik”


UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində bu gün “Yunayted Galati” ilə qarşılaşan və 5:3 hesabı ilə qələbə qazanan “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio Da Silvanın azfutzal.az-a açıqlaması:

“Çox çətin oyun oldu. Qələbə qazansaq da, komandamın oyunundan razı qalmadım. Ola bilsin, “Uraqan”a qarşı çox güc sərf etdik, bu məqam həmin görüşün yorğunluğundan irəli gəlsin. Başlanğıc yaxşı alındı. Ardıcıl iki qol vurduq. Bunun davamını da gətirə bilərdik. Şanslarımız var idi. Sonra ötürmələrdə çoxlu səhvlərə yol verdik. Uşaqlar istəkli idilər, qələbə qazanmaq üçün çalışdılar. Ancaq səhvlərdən də qaça bilmədik. Həm də bu gün Rumıniya təmsilçisinin iki futzalçısı bizə qarşı oynamadı. Biri zədəli, digəri cəzalı idi. Uşaqlar bunu bilirdilər. Bu da görünür onlarda arxayınlıq yaratdı, konsentrasiyanı itirdi. Çox işləməliyik. Belə oynamamalıyıq. Nizam-intizam çox vacibdir. Udmaq da olar, uduzmaq da. Amma düzgün oynamaq, intizama riayət etmək lazımdir. Belə səhvlər etməməliyik.

Qrupdakı vəziyyətlə bağlı indi bir söz deyə bilmərəm. Günün ikinci oyununun nəticəsindən çox şey asılıdır. Ona görə də son matça belə qələbə qazanmaq üçün çıxacağıq”.