...

"Oyunu özümüz çətinləşdirdik"


UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Yunayted Galati” ilə keçirilmiş matçda qollardan birinin müəllifi olan Maneka azfutzal.az-a açıqlaması:

“Oyun gözlədiyimizdən daha çətin alındı. Bəlkə də özümüz çətinləşdirdik. Çünki başlanğıc əla alınmışdı. Erkən qollar da vurduq. Ancaq oyunun gedişində bu üstünlüyümüzü bir müddət qoruya bilmədik. Rəqib hesabı bərabərləşdirdi. Birinci hissənin son saniyələrində qol vurmağımız isə işimizə yaradı. İkinci hissədə rəqibi daha çox təzyiq altında saxladıq, onları səhvlər etməyə məcbur etdik. Əlbəttə, “Uraqan”la oyunun yorğunluğu da var idi. Əsas odur ki, qələbə qazandıq, bu oyun üçün qarşımıza qoyulmuş məqsədə nail olduq.

Qol vurdum, komandama kömək etdim. Həmin anda lazım olan mövqedə idim və şansımı qaçırmadım. Yenə fərqlənmək üçün imkan yarandı, təəssüf ki, istifadə edə bilmədim”.