UEFA Çempionlar Liqasının əsas mərhələsində “Araz-Naxçıvan” bu gün son oyununu keçirib. Təmsilçimiz Kosovo çempionu “Liqeni” ilə qarşılaşıb. Hesabı İsa Atayev açıb. Ardınca Felipinyonun zərbəsi dəqiq olub. Maneka isə fərqi 3 topa çatdırıb. Pressinq nəticəsində topu ələ keçirən və tora qovuşduran Ramiz Çovdarov olub. Fasiləyə qədər nominal meydan sahibləri 2 qolun qarşılığını verə bilib. İkinci hissəyə də təmsilçimiz qolla başlayıb. David adını tabloya yazdırıb. Sonrakı dəqiqlərdə rəqib fərqi minimuma endirməyi bacarıb. 37-ci dəqiqədə Kosovo çempionu meydanda azlıqda qalıb. Maneka boş qapıya zərbə endirən zaman Topilla ona qarşı kobud oynadı ki, nəticədə referi qırmızı vərəqədən istifadə etməli olub. Təəssüf ki, 2 dəqiqə ərzində “Araz-Naxçvan” meydandakı say üstünlüyünü hesaba daşıya bilməyib. Əvəzində son dəqiqədə debütan komanda bərabrəliyə nail olub. Bu isə qalan saniyələrdə gərginliyə səbəb olub. Sona 11 saniyə qalmış isə meydanda gərginlik yaranıb və hər komandadan bir futzalçı vaxtından əvvəl paltar dəyişmə otağına göndərilib.
“Liqeni” (Kosovo) - “Araz-Naxçıvan” (2:4) 6:6
UEFA Çempionlar Liqası, Əsas mərhələ
29 oktyabr. İvano – Frankivsk. Saat 16:00
Hakimlər: Kristiano Joze Kardoso Santos (Portuqaliya), Josip Barton (Şimali Makedoniya), Ozan Soykan (Türkiyə)
Timekeeper: Denis Kutsi (Ukrayna)
Hakim-inspektor: Patrik Villemark (Belçika)
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya)
Qollar: Şqipeon Brahimi, 12:05, 33:58, Anton Uka, 19:00 (pen.), Arben Şkodra, 25:54, Abril Qarsiya, 35:25, Yulian Diaz, 39:07 // İsa Atayev, 6:18, 24:30, Felipinyo, 9:09, Maneka, 9:41, Ramiz Çovdarov, 11:15, David Qustavo, 22:49
Sarı vərəqələr: Murilo Borges, 10:26, David Qustavo, 36:37
Qırmızı vərəqələr: Dardan Topilla, 36:14, Arben Şkodra, 39:49, Anton Uka, 39:49 // Felipinyo, 39:49
Liqeni
12. Fidan Qaşi (q), 5. Arben Şkodra, 6. Abril Qarsiya, 9. Yulian Diaz, 11. Sançez Naqles, 2. Fidan Misini (q), 3. Şqipeon Brahimi, 4. Taulant İsmayili, 7. Valon Brahimi, 10. Dardan Topilla (k), 16. Jakup Ramadani, 17. Anton Uka
Baş məşqçi: Şpend Brahimi
Araz-Naxçıvan
1. Emin Kürdov (q), 6. David Qustavo, 9. Maneka, 14. Murilo Borges, 17. Felipinyo, 12. Rövşən Hüseynov (q, k), 13. Amir Şocaei, 11. Xətai Bağırov, 15. Hadi Ahmadi, 7. Ramiz Çovdarov, 8. İsa Atayev, 18. Nurlan Mehdizadə, 20. Tofiq Mikayılov
Baş məşqçi: Joze Alesio Da Silva
№ |
Komanda |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Uraqan |
2 |
2 |
0 |
0 |
9-2 |
6 |
2 |
Araz-Naxçıvan |
3 |
1 |
1 |
1 |
12-11 |
4 |
3 |
Liqeni |
3 |
1 |
1 |
1 |
13-17 |
4 |
4 |
Yunayted Galati |
2 |
0 |
0 |
2 |
7-11 |
0 |