...

İntizam Komitəsinin qərarları


11.11.2021-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Forza Neftçi” – ADBTİA oyununda “Forza Neftçi” komandasının 6 nömrəli futzalçısı Qərib İbrahimov oyunun 26-cı dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)

11.11.2021-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Ulduz” – “Dəstə Ordubad” oyununda “Ulduz” komandasının 17 nömrəli futzalçısı Səid Talıbzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)

14.11.2021-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Yasamal” İSK – “Şuşa” oyununda “Yasamal” İSK komandasının 5 nömrəli futzalçısı Vüsal Səfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)

14.11.2021-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Yasamal” İSK – “Şuşa” oyununda “Yasamal” İSK komandasının 3 nömrəli futzalçısı Emin Kərimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)

14.11.2021-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Rəvan” – “Timsport” oyununda “Rəvan” komandasının 1 nömrəli futzalçısı Xalid Həsənov oyunun 21-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)

 

14.11.2021-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Advokat” – “Zülfüqar” oyununda “Zülfüqar” komandasının 8 nömrəli futzalçısı Şəhriyar Gülüşov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanır. (maddə 41.3)