Ardıcıl üçüncü mövsümdür ki, Yüksək Liqada çıxış edən “Yasamal” FK üçün cari mövsümün VI turu əlamətdar olub.
Çempionatda böyükhesablı qələbə qazanan komanda Yüksək Liqada 200-cü qolunu vurub. Belə ki, Saeid Əmininin “Yasamal” İSK-nın qapısından keçirdiyi 2-ci qol yubileyin qeydə alınmasına səbəb olub. 2016-17-ci il mövsümündə 113 qol vuran bu komanda ötən çempionatda rəqib torunu 72 dəfə silkələmişdi. Hazırkı çempionatda isə komandanın aktivində 29 qol var. Bununla da “Yasamal” FK-nın 46 oyunda vurduğu qolların sayı 214-ə çatıb.