Bu gün İkinci Liqada VIII turun oyunları keçirilib. Bakı İdman Sarayında turun mərkəzi oyununda Obolon və SAB qarşılaşıb. Bu matçın nəticəsi həm də turnir cədvəlində dəyişikliyə səbəb olacaqdı. Belə ki, debütant 3 xal qazanacağı təqdirdə zirvəyə yüksələcəkdi. Ancaq son çempion qələbə qazanmaqla zirvədəki yerini qorudu. İlk məğlubiyyət isə SAB-ı ikinci pillədən dördüncü sıraya endirdi. Əvəzində Baker Tilly və Hicran qələbə qazanaraq hərəyə bir pillə irəlilədi. Gənclik isə cari mövsümdə ilk xalını qazandı. Advokat - Rəvan oyunu birincilərin beynəlxalq turnirdə iştirakı ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınıb.
Xəzər Astara - Baker Tilly 0:3
Gilan Construction – Avanqard 3:6
Baku Fire-2 – Dalğa 4:2
Hicran - Bədr FK Xocalı 5:2
Borçalı FK – Baker Hughes 7:2
Obolon – SAB 2:0
Hövsan - Atletiko Baku 4:5
Star Karqo - Gənclik İK 1:1
Təbriz - Bibi - Heybət 6:2