...

“Bunun üçün şansımız var”


Ukrayna ilə keçirilmiş yoldaşlıq oyunundan sonra millimizin hücumçusu Rafael Vilela azfutzal.az-a açıqlama verib:

“Ağır oyun oldu. Oyunu bizim üçün çətinləşdirəm məqam meydanda bir-birimizi tam başa düşməməyimiz oldu. Bu da uzun müddətdir bir yerdə məşq etməməyimizlə, yoxlama oyunu keçirməməyimizlə bağlıdır. Bu gün çox səhv etdik. Rəqib futzalçılar da sərt oyuna üstünlük verdilər. Qırmızı vərəqə almağımız da oyunumuza pis təsir etdi. Ancaq sabah (bu gün) daha yaxşı oynayacağımızı düşünürük. Bunun üçün şansımız var. Artıq səhvlərimizi gördük. Çalışmalıyıq ki, ikinci dueldə bunları etməyək. Bir şeyə əminəm ki, qitə birinciliyində tam fərqli oyun göstərəcəyik.

Çoxlu səhvlər etməyimiz komanda yoldaşlarımın dediyi kimi, uzun müddət idi bir yerdə oynamamağımızla bağlıdır. Təsəvvür edin komanda şəklində 4-5 məşq keçdikdən sonra oyuna çıxdıq. Belədə keyfiyyətli oyun nümayiş etdirmək, səhv etməmək mümkün deyil. Bəlkə də səhvlərimizin olması bizim xeyrimizə olacaq. Vaxtında bunları gördük, aradan qaldırmaq üçün qarşıda xeyli zamanımız var. Ukrayna millisi də güclü sparrinqdir. Onlarla qarşılaşmağımız yaxşı oldu. Səhvlər adətən güclü rəqiblərlə oyunlarda ortaya çıxır”.