...

İntizam Komitəsinin qərarları


09.12.2021-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “Neftçi” İK – “Record club” oyununda “Record club” komandasının 66 nömrəli futzalçısı Cahangir Həsənov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)

09.12.2021-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “Ekol” – “Baku Fire” oyununda “Baku Fire” komandasının 12 nömrəli futzalçısı Kamran Hacıyev oyunun 20-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)

09.12.2021-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “Ekol” – “Baku Fire” oyununda “Baku Fire” komandasının 1 nömrəli futzalçısı Zalış Səmədzadə oyunun 36-cı dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)

09.12.2021-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “Ekol” – “Baku Fire” oyununda “Baku Fire” komandasının 4 nömrəli futzalçısı Elvin Quliyev oyunun 40-cı dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)

10.12.2021-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Star Karqo” – “Ulduz” oyununda “Ulduz” komandasının 5 nömrəli futzalçısı Ülvü Fərəcli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)

07.12.2021-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Xan Lənkəran” – “Zülfüqar” oyununda matç bitdikdən sonra “Xan Lənkəran” komandasının 7 nömrəli futzalçısı Fikrət Zeynallı hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanır. (maddə 41.3)

07.12.2021-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Bibi Heybət” – “İsma Baku” oyununda matçın 15-ci dəqiqəsində “İsma Baku” komandasının 10 nömrəli futzalçısı Nəsib Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. (maddə 41.3)

07.12.2021-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Baker Tilly” – “Star Karqo 2” oyununda matçın 18-ci dəqiqəsində “Baker Tilly” komandasının 14 nömrəli futzalçısı Erkin Məmmədov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır. (maddə 37.2)