Avropa çempionatının final mərhələsi iki arenada keçiriləcək. A və C qrupunda yer alan komandalar Amsterdamdakı “Ziggo Dome”də, B və D qrupundakı iştirakçılar isə Qroningen şəhərindəki “Martini Plaza”da qarşılaşacaqlar.
Benthem Krouvel tərəfindən dizayn edilən Arenanın inşaasına 2009-cu ildə başlanılıb və 3 il sonra istifadəyə verilib. Arena kvadar formasında olsa da, adı günbəzi ifadə edir. Xaricdən qara fonda olsa da, videotəsvirlərin nümayiş oluna biləcəyi 840 min led ilə əhatə olunub. Arena əsasən konsertlər üçün nəzərdə tutulsa da, burada müxtəlif idman yarışları da təşkil olunub. Tamaşaçı tutumu 17 minə qədər artırılır.
“Martini Plaza” isə 1969-cu ildə istifadəyə verilib. Arenanın tutumu tədricən artırılıb və 2000-ci ildə bu rəqəm 3900-ə çatdırılıb. Hazırda isə bu rəqəm 4500-ə bərabərdir. Burada da müxtəlif idman oyunları, xüsusilə də tennis və basketbol qarşılaşmaları, eləcə də sərgilər təşkil olunur. Hazırda “Donar” basketbol komandası ev oyunlarını bu məkanda keçirir.