Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə Azərbaycan millisi yanvarın 16-da Belçikaya yola düşüb. Yanvarın 17-də Belçika yığması ilə yoldaşlıq oyunu keçiriəcək futzalçılarımız matçın keçiriləcəyi Borgloon İdman Zalında 1 saata yaxın məşq edib. Yüngül zədəsi olan İsa Atayev fiziki hazırlıq üzrə məşqçi Əli Muradovun rəhbərliyi altında fərdi tapşırıqları yerinə yetirib. Məşq prosesindən hazırladığımız fotoreportajı diqqətinizə çatdırırıq: