Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin üzvləri dünən yoldaşlıq oyunu keçirmək üçün səfər etdiyi Belçikada COVİD-19 testi verib. Nəticə komandanın üzvü Eduardo Borgesdə pozitiv, Rafael Vilelada isə şübhəli çıxıb. Belçika Krallığının qanunlarına əsasən, hər iki futzalçı karantinə alınacaq. Bu üzdən onlar Belçika ilə keçirilmiş yoldaşlıq matçında iştirak etməyib.