Avropa çempionatının final mərhələsində yanvarın 22-də Gürcüstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi oyunun keçiriləcəyi "Martini Plaza"da bu gün ilk məşqinə çıxıb. Bir saat davam edən məşqdə taktiki çalışmalar yerinə yetirilib. Rafael Vilela və Hadi Ahmadi sabah keçiriləcək məşqdə iştirak edəcəklər.