Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisi bu gün matçın keçiriləcəyi “Martini Plaza”da növbəti məşqinə çıxıb. Məşqdən əvvəl komanda heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edib. Eduardo Borges, Rafael Vilela və Hadi Ahmadi də komandanın hazırlığında iştirak ediblər.