...

İki futzalçının testi pozitiv nəticələnib


Bu gün oyunöncəsi rəsmi məşqdə iştirak etmək üçün Azərbaycan millisinin üzvlərindən COVİD-19 anticism analizləri götürülüb.

Komandanın iki üzvünün - Qallo və Rövşən Hüseynlinin testlərinin nəticəsi pozitiv olub. Buna görə də hər iki futzalçıdan PCR testi götürülüb. Bu testin nəticəsi sabah - yanvarın 22-də, oyuna qədər açıqlanacaq. Əgər PCR testin nəticəsi neqativ çıxarsa, hər iki futzalçı Gürcüstanla oyunda iştirak edə biləcək. Futzalçılar hazırda qaldıqları otel otağında karantinə alınıblar və oyunöncəsi məşqdə iştirak etməyəcəklər.
Qeyd edək ki, Niderland Krallığının mövcud qanunlarına görə, karantin müddəti 7 gündür.