Xəbər verdiyimiz kimi, dünən oyunöncəsi məşqdə iştirak üçün Azərbaycan millisinin üzvlərindən COVİD-19 anticism analizləri götürülüb və komandanın iki üzvünün - Qallo və Rövşən Hüseynlinin testlərinin nəticəsi pozitiv olub. Buna görə də hər iki futzalçıdan PCR testi götürülüb. Bu gün testin nəticəsi açıqlanıb. Hər iki futzalçıda nəticə pozitiv olub. Futzalçılar hazırda qaldıqları otel otağında karantinə alınıblar. Karantinin sonuncu günü 27-dir.
Onu da qeyd edək ki, qaydalara uyğun olaraq, bu gün rəsmi oyun üçün digər futzalçılardan yenidən COVİD-19 anticism analizləri götürülüb və bütün nəticələr neqativdir.