...

Azarkeşlər üçün "yaşıl işıq"


Niderland hökuməti dünən açıqladığı qərarlarla ölkədə tətbiq edilən sərt karantin rejimində yumşalmaya gedib.

Nəticədə azarkeşlər üçün “yaşıl işıq” yandırılıb. Belə ki, hökumət oyunları müəyyən sayda tamaşaçının izləməsinə imkan yaradıb. Bunu nəzərə alan UEFA bu gündən bilet satışını bərpa edəcək. Üstünlük əvvəlcədən bilet alanlara veriləcək. Əgər boş yer qalarsa, yanvarın 27-dən həmin yerlər üçün də bilet satışı həyata keçiriləcək. Azarkeşlərin zallara buraxılmasına isə yanvarın 29-da icazə veriləcək.

Qeyd edək ki, həmin gün millimiz Amstredamdakı “Ziggo Dome”də Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.