...

"..Azərbaycan yığması istənilən rəqiblə oynaya bilər"


Bu gün Avropa çempionatının final mərhələsində İspaniya yığması ilə heç-heçə edən Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silvanın oyunsönrası açıqlaması:

“Uşaqlarla hər gün danışırdıq ki, istənilən komandaya qarşı oynamaq olar ki, bu gün də bunu sübut etdik. Bu qarşılaşmadakı motivasiya, konsentrasiya və intizamla Azərbaycan yığması istənilən rəqiblə oynaya bilər. İspaniya ilə görüşdə futzalçılar bacarıqlarını ən yaxşı şəkildə ortaya qoydular. Düzdür, onlar matçın favoriti hesab edilirdilər, amma nəticəni sensasiya hesab etmirəm. Hətta qələbə qazanmaq üçün imkanımız oldu. Bugünkü görüşdə az səhvə yol verdik. Oyun intizamından qopmadıq və öz oyunumuzu nümayiş etdirdik.

Az da olsa, qrupdan çıxmaq şansımız qalıb. Bosniya və Herseqovaniya qarşı yaxşı hazırlaşıb lazımi nəticəni qazanmağa çalışacağıq”.