...

Qallo və Rövşən Hüseynli komandaya qoşulub


Avropa çempionatının final mərhələsində yanvarın 29-da Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq Azərbaycan millisi dünən Qroningen şəhərindən Amsterdama gəlib. Komandamız matçın baş tutacağı “Ziggo Dome”də bərpa məşqi keçirib. Milli bu gün oyunöncəsi çalışmasını Bakı vaxtı ilə saat 15:30-da reallaşdıracaq. Məşqdən əvvəl baş məşqçi Joze Alesio Da Silvanın və İsa Atayevin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Qaydalara uyğun olaraq isə həm rəsmi məşq, həm də oyun günü komanda üzvlərindən antigen test götürüləcək.

Heyətlə bağlı da müəyyən dəyişikliklər var. İlk iki oyunda sarı vərəqə alan Fineo De Arauje cəzalı duruma düşüb və qrupun son duelində komandamıza kömək edə bilməyəcək. Əvəzində bir həftə əvvəl COVİD-19 anticism və PCR analizləri pozitiv çıxan və qaldıqları otel otağında karantinə alınan, Gürcüstan və İspaniyaya qarşı matçlarda iştirak etməyən Qallo və Rövşən Hüseynli  bugündən sərbəstdirlər. Buna görə də hər iki futzalçı Amsterdama gələrək komandaya qoşulub.