...

Mətbuat konfransı keçirilib


Bu gün Amsterdamdakı “Ziggo Dome”də Azərbaycan millisinin baş məşqçisi Joze Alesi Da Silvanın və komandanın hücumçusu İsa Atayevin iştirakı ilə oyunöncəsi mətbuat konfransı keçirilib.

Joze Alesio Da Silva: “Vacib oyundur. Ağır görüş olacaq. Bosniya və Herseqovinanın 2 oyununu izləmişəm. Təşkilatlanmış komandadır. Əlbəttə, bizim üçün çətin bir duel olacaq. Ancaq əlimizdən gələni edəcəyik. Onlar hər iki oyunda yenilsələr də, yaxşı çıxış etdilər. Nəticə qazanmaq istəyiriksə, mütləq intizamlı, istəkli oynamalıyıq. Yəni, İspaniya millisi ilə matçdakı kimi mübarizə aparmalıyıq.

Heyətdə müəyyən dəyişiklik ediləcək. Rəqibin zəif cəhəti odur ki, kompakt oynamırlar. Biz də çalışacağıq ki, bundan istifadə edək. Yenə deyirəm, ispanlara qarşı necə oynamışıqsa, futzalçılarımdan həmin oyunu, əzmkarlığı, iradəni gözləyirəm”.

 

İsa Atayev: “Qələbə qazanmaq üçün mübarizə aparacağıq. Növbəti mərhələyə yüksəlmək baxımından şansımız davam edir. Düzdür, hər şey öz əlimizdə deyil. İstədiklərimizin baş verməsi üçün paralel keçiriləcək oyunda Gürcüstan millisi İspaniyanı yenməlidir. Biz üzərimizə düşəni edəcəyik.

Sabah ilk dəfə oyunumuz azarkeşlərin iştirakı ilə keçiriləcək. Futzalda azarkeş önəmlidir. Futzalçıların oyuna motivasiya olması baxımından da əhəmiyyətlidir”.