Avropa çempionatının final mərhələsi çərçivəsində sabah Bosniya və Herseqovina ilə qarşılaşacaq Azərbaycan millisinin 4 üzvü karantinə alınıb. Belə ki, bu gün rəsmi məşq üçün verilmiş antigen testin nəticəsi 4 nəfərdə pozitiv çıxıb. Buna görə də, futzalçılardan Emin Kürdov və Xətai Bağırov, məşqçi Ağakərim Həsənov və həkim Fuad Səfərov komandanın məskunlaşdığı oteldə karantinə alınıb və oyunöncəsi məşqdə iştirak etməyib. Onlardan PCR test götürülüb, nəticələr sabah günün birinci yarısında açıqlanacaq.
UEFA bugünkü məşqi həkimlərlə təmin edib.