Xəbər verdiyimiz kimi, dünən milli komandamızın 4 üzvü karantinə alınmışdı və onlardan PCR test götürülmüşdü. Emin Kürdov və Xətai Bağırovda nəticə pozitiv çıxıb və hər ikisi bugünkü matçda iştirak etməyəcək, 7 gün karantində qalacaq. Həkim Fuad Səfərov və məşqçi Ağakərim Həsənovla bağlı sənədləşmə düzgün aparılmadığına görə, onlardan yenidən PCR test götürülüb.