Avropa çempionatının final mərhələsində millimiz bu gün D qrupunda son oyununu keçirdi. Komandamız Bosniya və Herseqovina ilə üz-üzə gəldi. Emin Kürdov, Xətai Bağırov və Fineo bu görüşdə iştirak etmirdi. Əvəzində Rövşən Hüseynli və Qallo komandaya qoşulmuşdu. Oyundan əvvəl komandamıza final mərhələsində iştiraka görə UEFA tərəfindən xatirə plaketi təqdim olundu. Hesabı Tyaqo açdı. Rəqib müdafiəçilərin əhatəsindən sıyrılan hücumçu “çərçivə ni dəqiq nişan aldı. Növbəti qolu da komandamız vurdu. Bu dəfə Eduardo adını tabloya yazdırmağı bacardı. 12-ci dəqiqədə Qallo rəqibə qarşı kobud oynadığına görə hakim penalti təyin etdi. Radmiloviç fərqi azaltmaq imkanını qaçırmadı. Birinci hissədə komandamız daha bir oyunçusunu itirdi. İsa Atayev zədələnərək oyunu davam etdirə bilmədi. İkinci hissənin 31-ci dəqiqədə komandamız azlıqda qaldı. Felipinyo ikinci sarı-qırmızı vərəqə alaraq meydanı tərk etdi. Azlıqda qalmağımız nominal qonaqlara hesabı bərabərləşdirmək imkanı yatardı ki, onlar da bundan istifadə etdilər. Amma Vilela cəmi 1 dəqiqə sonra yenidən hesabı komandamızın xeyrinə dəyişdi. Oyunda son nöqtəni isə Qallo qoydu. Son görüşündə millimiz qələbə qazansa da, mübarizəni dayandırmalı oldu. Qrupun digər oyununda İspaniya millisi Gürcüstan yığmasına 8:0 hesabı ilə qalib gəldi. D qrupundan növbəti mərhələyə İspaniya və Gürcüstan yığmaları vəsiqə qazandı.
Azərbaycan – Bosniya və Herseqovina (2:1) 4:2
Avropa çempionatının final mərhələsi
29 yanvar. Amsterdam. Ziggo Dome. Saat 20:30
Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)
Timekeeper: Qabor Kovacs (Macarıstan)
Qollar: Bolinha, 6:22, Eduardo Borges, 10:02, Rafael Vilela, 32:35 // Anel Radmiloviç, 11:50 (pen.), Nermin Kahvedziç, 31:20
Sarı vərəqələr: Felipinyo, 23:39, Bolinha, 27:14, Alesio, 39:27 // Yosip Boskoviç, 27:14, Almadein Bundavika, 31:28
Qırmızı vərəqə: Felipinyo, 30:02 (ikinci sarı vərəqə)
Azərbaycan
12. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 2. Felipinyo, 9. Rafael Vilela, 10. Vassoura, 3. Bolinha, 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 13. Qallo, 17. İsa Atayev, 14. Hadi Ahmadi
Baş məşqçi: Joze Alesio Da Silva
Bosniya və Herseqovina
12. Stanislav Qaliç (q), 5. Blaqo Qaspar, 7. Bilal Yeliç, 8. Marijo Aladziç, 9. Nermin Kahvedziç, 1. Darko Milanoviç (q), 2. Almadein Bundavika, 3. Yosip Sezar, 4. Davor Arnautoviç, 6. Srdjan İvankoviç, 10. Anel Radmiloviç (k), 14. Kristiyan Pantiç, 11. Yosip Boskoviç, 16. Samir Qasto
Baş məşqçi: İvo Krezo
№ |
Komanda |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
İspaniya |
3 |
2 |
1 |
0 |
15-3 |
7 |
2 |
Gürcüstan |
3 |
2 |
0 |
1 |
5-11 |
6 |
3 |
Azərbaycan |
3 |
1 |
1 |
1 |
8-7 |
4 |
4 |
Bos.və Hers. |
3 |
0 |
0 |
3 |
4-11 |
0 |