...

15000-ci qol


Yüksək Liqanın cari mövsümünün başa çatan I dörvəsində 15000-ci qol vurulub. Belə ki, VII tura qədər ümumilikdə 14995 dəfə qapı torları silkələnmişdi. Bu turun “Liman” – “Xəzər Cənub” duelində vurulan 5-ci qol 15000-ci olub. Qolun müəllifi “Xəzər Cənub”un irnalı legioneri Farid Mazahevi olub. Onun 16:16-da vurduğu qol tarixə düşüb.

Qeyd edək ki, ilk çempionat 1993-cü ildə keçirilib.