...

“Standard”dan fərqli qələbə


Dünən və bu gün Birinci Liqada VIII turun oyunları keçirilib. İlk oyun günündə ən çox rəqib torunu “Standard” silkələyib. “Sovetski” 21 dəfə topu qapısından çıxarmalı olub.

Digər 3 oyunun qalibi isə ümumilikdə 21 qol vurub. Bu gün keçirilən oyunlardan biri başa çatmayıb. Görüşə 4 futzalçı ilə başlayan “Şərq” komandasının 2 üzvü matçın gedişində zədələnərək, oyunu davam etdirə bilməyib. 22-ci dəqiqədə yetərsay olmadığına görə görüş dayandırılıb. Həmin vaxt ADBTİA 18:1 hesabı ilə qalib gəlirdi. Oyunla bağlı yekun qərarı İntizam Komitəsi verəcək. “Baku Fire” isə “Zəngilan”dan üstün olub və birinci pilləyə yüksəlib. U-19 bu dəfə heç-heçə ilə kifayətlənib. Elə autsayderlərin dueli də məhsuldar heç-heçə ilə başa çatıb.

 

2 noyabr

Saat 19:00 Ulduz – AZMİU 3:7

Hakimlər: Hikmət Qafarlı, Rahin Heybətov

Hakim-inspektor: Murad Məmmədov

Saat 20:00 Metropoliten – Green Log 7:2

Hakimlər: Rahin Heybətov, Hikmət Qafarlı

Hakim-inspektor: Murad Məmmədov

Saat 21:00 Yasamal FK B – Çinar Cəbrayıl 7:2

Hakimlər: Elçin Məmmədov, Fuad Həsənov

Hakim-inspektor: Şahin Cəfərov

Saat 22:00 Sovetski FK – Standard 3:21

Hakimlər: Elçin Məmmədov, Fuad Həsənov

Hakim-inspektor: Şahin Cəfərov

 

3 noyabr

Saat 18:00 Abşeron FK – Füzuli FK 6:6

Hakimlər: Azad Hüseynov, Anar Fərəcov

Hakim-inspektor: Əvəz Şıxıyev

Saat 20:00 Baku Fans – U-19 4:4

Hakimlər: Elçin Səmədli, Kənan Məlikov

Hakim-inspektor: Füzuli Nəcəfov

Saat 21:00 Baku Fire – Zəngilan FK 7:2

Hakimlər: Elçin Səmədli, Kənan Məlikov

Hakim-inspektor: Füzuli Nəcəfov