Badamlı Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün 4 oyun keçirilib. Bakı İdman Sarayında ilk matçda Yüksək Liqanın iki təmsilçisi üz-üzə gəlib. İlk hissədə rəqib qapısına 2 dəfə yol tapan EKOL mərhələ adlayan tərəf olub. Qış fasiləsində heyətini gücləndirən “Alyans Qrup” isə U-19-dan güclü olub. Forza Neftçi – Xilə matçı isə başa çatmayıb. Belə ki, Birinci Liqanın lideri hesabda 12:2 öndə olan zaman “Xilə”nin qapıçısına tibbi yardım göstərilməsi üçün həkim meydana daxil olub və qaydalara görə qapıçı meydanı tərk edib. Yüksək Liqa təmsilçisinin ehtiyat qapıçısı olmadığına görə hakimlər matçı davam etdirməyib. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək. Günün son duelini isə Yüksək Liqa təmsilçisi qazanıb. “Baku Fire” İSMA M.A Baku-dan güclü olub.
EKOL – Record club 2:0
Alyans Qrup – U-19 12:4
Forza Neftçi – Xilə 12:2 (oyun başa çatmayıb)
Baku Fire – İSMA. M.A. Baku 7:3
Mərhələnin qalan 4 oyunu sabah-fevralın 20-də keçiriləcək.
Advokat – Alyans (Lənkəran)
20 fevral. Bakı İdman Sarayı. Saat 14:00
Hakimlər: Nail Nağıyev, Rza Məmmədov, Vüsal Balaşov
Hakim-inspektor: Füzuli Nəcəfov
Baker Tilly – Araz-Naxçıvan
20 fevral. Bakı İdman Sarayı. Saat 16:00
Hakimlər: Anar Fərəcov, Ziya Nəsirov, Etibar Həsənov
Hakim-inspektor: Azad Hüseynov
Bibi-Heybət – STAR kargo-2
20 fevral. Bakı İdman Sarayı. Saat 18:00
Hakimlər: Hacıəli Ağayev, Ceyhun Hüseynov, Nail Nağıyev
Hakim-inspektor: Ramiz Əsədov
Neftçi İK – Atletiko Baku
20 fevral. Bakı İdman Sarayı. Saat 20:00
Hakimlər: Hikmət Qafarlı, Elgün Hüseynov, Kənan Məlikov
Hakim-inspektor: Mehman Mahmudov