...

İntizam Komitəsinin qərarları


19.02.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun EKOL– “Record club” oyununda matçın 14-cü dəqiqəsində “Record club” komnadasının  22 nömrəli futzalçı Sərxan Məstiyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.1).

19.02.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Forza Neftçi” – “Xilə” FK oyununda matçın 27-ci dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün hesab olduğu kimi saxlanılmaqla “Xilə” FK komandasına texniki məğlubiyyət verilir (maddə 55.1).

20.02.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Advokat” – “Alyans” FK oyununda “Alyans” FK komandasının 11 nömrəli futzalçısı Saeid Azimi qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

20.02.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Advokat” – “Alyans” FK oyununda “Alyans” FK komandasının 15 nömrəli futzalçısı Anar İsayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

20.02.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Advokat” – “Alyans” FK oyununda “Alyans” FK komandasının 8 nömrəli futzalçısı Farzad Sadegihi qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

20.02.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Advokat” – “Alyans” FK oyununda “Advokat” komandasının 19 nömrəli futzalçısı Zakir Kərimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

20.02.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Bibi-Heybət” – “STAR kargo-2” oyununda “Star Karqo-2”  komandasının 4 nömrəli futzalçısı Vasif İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

20.02.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Bibi Heybət” – “STAR kargo-2” oyununda “Bibi-Heybət” komandasının 1 nömrəli futzalçısı Şahin Dadaşzadə oyunun 37-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

20.02.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Bibi-Heybət” – “STAR kargo-2” oyununda “Bibi-Heybət”  komandasının 8 nömrəli futzalçısı Orxan Qəhramanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

20.02.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Bibi-Heybət” – “STAR kargo-2” oyununda “Bibi-Heybət”  komandasının 5 nömrəli futzalçısı İsrafil Rzabəyli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

20.02.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Bibi-Heybət” – “STAR kargo-2” oyununda matç bitdikdən sonra “STAR kargo-2” komandasının məşqçisi Anar Məmmədov hakimlər komitəsini və Futzal Federasiyasını təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 15 oyun cəzalanır (maddə 43.2, 73.2).

16.02.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Baku Fire-2” – ADBTİA oyununda “Baku Fire-2” komandasının 2 nömrəli futzalçısı Tahir Fərzəliyev oyunun 17-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

16.02.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın PASO – “Standard” oyununda matçın 7-ci dəqiqəsində PASO komandasının baş məşqçisi Elşən Ağaverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 41.4).