...

İntizam Komitəsinin qərarları


05.03.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “Neftçi” IK – EKOL oyununda EKOL komandasının 11 nömrəli futzalçısı Namiq Məmmədkərimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

05.03.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “Alyans” FK – “Baku Fire” oyununda matçın 15-ci dəqiqəsində “Alyans” FK komandasının 10 nömrəli futzalçısı Elşən Veysov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.1).

05.03.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “U 19” – “Xilə” FK oyununda “Xilə” FK komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).

03.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Şuşa” – “Ulduz” oyununda “Ulduz” komandasının 17 nömrəli futzalçısı Səid Talıbzadə oyunun 19-cu dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

03.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Şuşa” – “Ulduz” oyununda matçın 19-cu dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün “Ulduz” komandasına 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).

04.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Dəstə Ordubad” – “Star Karqo” oyununda “Dəstə Ordubad” komandasının 1 nömrəli futzalçısı Anar Rəhimov oyunun 15-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

04.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Standard” – “Baku Fire 2” oyununda “Baku Fire 2” komandasının 1 nömrəli futzalçısı Zalış Səmədzadə oyunun 23-cü dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

04.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın PASO – “Zəngilan” oyununda “Zəngilan” komandasının 12 nömrəli futzalçısı Kamil Aslanov oyunun 9-cu dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

06.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Advokat” – “Borçalı” oyununda “Borçalı” komandasının 92 nömrəli futzalçısı Asif İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).

06.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “İSMA” Baku – “Baker Tilly” oyununda matçın 28-ci dəqiqəsində “Baker Tilly” komandasının 17 nömrəli futzalçısı Orxan Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41.3).