...

İntizam Komitəsinin qərarları


11.03.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “Baku Fire 2” – “Xilə” FK oyununda “Xilə” FK komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilir. Bu hal üçüncü dəfə təkrarlanarsa, komandanın yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq edilsin. (maddə 55.1).

10.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Baku Fire 2” – “Zəngilan” oyununda “Zəngilan” komandasının 11 nömrəli futzalçısı Qədir Rüstəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

10.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Baku Fire 2” – “Zəngilan” oyununda “Zəngilan” komandasının 1 nömrəli futzalçısı Ayaz Səmədov oyunun 19-cu dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

10.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Baku Fire 2” – “Zəngilan” oyununda matçın 19-cu dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün hesab olduğu kimi saxlanılmaqla “Zəngilan” komandasına texniki məğlubiyyət verilir (maddə 55.1).

10.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Qarabağ Füzuli” – “Dəstə Ordubad” oyununda “Qarabağ Füzuli” komandasının 12 nömrəli futzalçısı Famil Qarayev oyunun 3-cü dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

10.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Qarabağ Füzuli” – “Dəstə Ordubad” oyununda matçın 3-cü dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün “Qarabağ Füzuli” komandasına 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).

12.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Zülfüqar” – “Dalğa” oyununda “Dalğa” komandasının 21 nömrəli futzalçısı Rafel Nağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanır (maddə 41.3).

12.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Xan Lənkaran” – İSMA “Baku” oyununda İSMA “Baku” komandasının 12 nömrəli futzalçısı Heydər Abbasov oyunun 26-cı dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

12.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Timsport” – “Hövsan” oyununda “Hövsan” komandasının 7 nömrəli futzalçısı Nihad Əcəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimə qarşı fiziki təsir göstərdiyi və təhqir etdiyi üçün 14 oyun cəzalanır (maddə 37.8, 41.3).

12.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Timsport” – “Hövsan” oyununda matçın 25-ci dəqiqəsində “Hövsan” komandasının 23 nömrəli futzalçısı Zaur Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydan daxil olub təhqirlərə davam etdiyi üçün 5 oyun cəzalanır (maddə 41.3, 75).

06.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “İSMA” Baku – “Baker Tilly” oyununda matçın 28-ci dəqiqəsində “Baker Tilly” komandasının 17 nömrəli futzalçısı Orxan Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olaraq hakimə fiziki təsir göstərdiyi aşkar olunmuşdur. 11 mart 2022-ci il tarixli 24 nömrəli protokolun 24-cü qərarı qüvvədə qalaraq, oyunçunun cəzasının üzərinə 11 oyun əlavə olunur (maddə 37.8, 75).