“Araz-Naxçıvan”ın və Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək. Təcrübəli qolkiper Superliqanın lideri “Torpedo” ilə anlaşıb. Martın 27-də yeni klubuna qoşulacaq Hüseynli qarşıdakı 2 ay müddətində bu komandanın qapısını qoruyacaq.