...

İntizam Komitəsinin qərarları


01.04.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “Neftçi” İB – “Alyans” oyununda “Neftçi” İB komandasının 12 nömrəli futzalçısı Cavad Məmmədov oyunun 8-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

01.04.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “Record club” – “Baku Fire” oyununda “Record club” komandasının 17 nömrəli futzalçısı Azər Nəsirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanır (maddə 41.3).

01.04.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “Record club” – “Baku Fire” oyununda matçın 31-ci dəqiqəsində “Baku Fire” komandasının 9 nömrəli futzalçısı Murad Quluzadə rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.1).

01.04.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “Xilə” – “Ekol” oyununda “Xilə” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).

Futzal üzrə Yüksək Liqanın “Xilə” komandası çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunur. Komanda çempionatın  oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:5 hesabı ilə məğlubiyyət verilir (maddə 55.1).

31.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Dəstə Ordubad” – “Ulduz” oyununda matçın 22-ci dəqiqəsində “Ulduz” komandasının 17 nömrəli futzalçısı Səid Talıbzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41.3).

31.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Metropoliten” – “Alyans Qrup” oyununda “Alyans Qrup” komandasının 1 nömrəli futzalçısı Seymur Usanov oyunun 13-cü dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

31.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın PASO – “Baku Fire 2” oyununda PASO komandasının 5 nömrəli futzalçısı Orxan Ağayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

01.04.2022-ci ildə Futzal üzrə Birinci Liqanın ADBTİA – “Forza Neftçi” oyununda ADBTİA komandasının 18 nömrəli futzalçısı Taleh Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

29.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Advokat” – “Xan Lənkaran” oyununda “Xan Lənkaran” komandasının 12 nömrəli futzalçısı Fərrux Əliyev oyunun 23-cü dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

29.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Borçalı” – “Timsport” oyununda “Timsport” komandasının 4 nömrəli futzalçısı Ceyhun Mürşüdlü qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

29.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Bibi Heybət” – “Atletiko Baku” oyununda “Bibi Heybət” komandasının 1 nömrəli futzalçısı Şahin Dadaşzadə oyunun 20-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

30.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Dalğa” – “Star Karqo-2” oyununda “Star Karqo 2” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).

30.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Timsport” – “Rəvan” oyununda “Rəvan” komandasının 14 nömrəli futzalçısı Məhəmməd Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

30.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Timsport” – “Rəvan” oyununda matçın 26-cı dəqiqəsində “Rəvan” komandasının 44 nömrəli futzalçısı Sabir Həsənov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olaraq, hakimləri, AFFA rəsmisini təhqir etməsinə və AFFA rəsmisinə fiziki təsir göstərməsinə görə 1 il müddətinə futbol ilə əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edilsin.

30.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Timsport” – “Rəvan” oyununda matç bitdikdən sonra “Rəvan” komandasının 9 nömrəli futzalçısı Anar Məmmədovun ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 47.2).

30.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Hövsan” – “Bibi Heybət” oyununda “Bibi Heybət” komandasının 12 nömrəli futzalçısı İlkin Əzizov oyunun 22-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

 

Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.