1. “Baker Tilly” Futzal komandası tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
2. AFFA İntizam Komitəsinin 18.03.2022-ci il tarixində “Baker Tilly” komandasının futzalçısı Orxan Həsənov barəsində verdiyi qərar dəyişdirilsin.
3. Futzalçıya 11.03.2022-ci il tarixli cəzaya əlavə olaraq verilən 11 oyunluq kənarlaşdırma cəzası 10 oyun şərti olmaqla 11 oyunluq kənarlaşdırma cəzası ilə əvəz edilsin. Sınaq müddəti növbəti 10 (on) oyun müddətinə təyin edilsin.