...

İntizam Komitəsinin qərarları


05.04.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Baku Fire” – “Neftçi” İK oyununda “Neftçi” İK komandasının 17 nömrəli futzalçısı Hüseyn Mənəfli oyunun 14-cü dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

05.04.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Baku Fire” – “Neftçi” İK oyununda “Baku Fire” komandasının 10 nömrəli futzalçısı Nihad İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına və hakimləri təhqir etməsinə görə 5 oyun cəzalanır (maddə 41.3, 75)

05.04.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Baku Fire” – “Neftçi” İK oyununda “Baku Fire” komandasının 77 nömrəli futzalçısı Elşən İbrahimxəlilov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına və hakimləri təhqir etməsinə görə 5 oyun cəzalanır (maddə 41.3, 75)

05.04.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Baku Fire” – “Neftçi” İK oyununda matçın 38-ci dəqiqəsində “Baku Fire” komandasının 12 nömrəli futzalçısı Kamran Hacıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına və hakimləri təhqirlərə davam etməsinə görə 5 oyun cəzalanır (maddə 41.3, 75)

05.04.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Baku Fire” – “Neftçi” İK oyununda matçın 38-ci dəqiqəsində “Baku Fire” komandasının 5 nömrəli futzalçısı İbrahim Zeynalov birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına və hakimləri təhqir etməsinə görə 5 oyun cəzalanır (maddə 41.3, 75).

05.04.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Baku Fire” – “Neftçi” İK oyununda “Baku Fire” komandasının 8 nömrəli futzalçısı Renat Sultanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

08.04.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “Baku Fire” – EKOL oyununda EKOL komandasının 20 nömrəli futzalçısı Tofiq Mikayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

08.04.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “Baku Fire” – EKOL oyununda “Baku Fire” komandasının 77 nömrəli futzalçısı Elşən İbrahimxəlilov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

08.04.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “Record club.az” – “Neftçi” İK oyununda “Record club.az” komandasının 44 nömrəli futzalçısı Natiq Kərimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

07.04.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Yasamal” İSK – ADBTİA oyununda matç bitdikdən sonra “Yasamal” İSK komandasının 9 nömrəli futzalçısı Mehman Süleymanlı hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).

07.04.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Ulduz” – “Standard” oyununda “Ulduz” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).

08.04.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Şuşa” – “Alyans Qrup” oyununda matçın 27-ci dəqiqəsində “Alyans Qrup” komandasının 7 nömrəli futzalçısı Mirkamil Əliyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.1).

10.04.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Xan Lənkaran” – “Borçalı” oyununda “Borçalı” komandasının 5 nömrəli futzalçısı Orxan Gülməmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

10.04.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Advokat” – “Star Karqo-2” oyununda “Star Karqo 2” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilir. Bu hal üçüncü dəfə təkrarlanarsa, komandanın yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq edilsin (maddə 55.1).

10.04.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın İSMA Baku – “Atletiko Baku” oyununda İSMA Baku komandasının 1 nömrəli futzalçısı Cəmil Rəmixanov oyunun 21-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

 

Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.