...

İntizam Komitəsinin qərarları


15.04.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın EKOL – “Araz-Naxçıvan” oyununda matçın 33-cü dəqiqəsində “Araz” komandasının 5 nömrəli futzalçısı Murilio Borgers Souza aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 37.3).

14.04.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Star Karqo” – PASO oyununda “Star Karqo” komandasının 99 nömrəli futzalçısı Mahir Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra texniki zonadakı oturacağı sındırdığına görə 2 oyun cəzalanır. Vurulmuş zərər “Star Karqo” komandası tərəfindən kompensasiya edilməlidir. (maddə 47.1, 65.1, 65.2)

14.04.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Star Karqo” – PASO oyununda PASO komandasının 7 nömrəli futzalçısı Telman Muxtarov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

17.04.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Xan-Lənkaran” – “Baker Tilly” oyununda “Baker Tilly” komandasının 44 nömrəli futbolçusu Rəşad Səttərxanlı oyunun 7-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

17.04.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Bibi-Heybət” – “Timsport” oyununda “Timsport” komandasının 22 nömrəli futzalçısı Şamxal Aslanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

17.04.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Bibi-Heybət” – “Timsport” oyununda “Timsport” komandasının 7 nömrəli futzalçısı Vasif Quliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3)

17.04.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Bibi-Heybət” – “Timsport” oyununda matçın 28-ci dəqiqəsində “Timsport” komandasının 6 nömrəli futzalçısı Fərid Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41.3).

 19.04.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “Alyans” – “Ekol” oyununda “Alyans” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).

Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.