...

İntizam Komitəsinin qərarı


22.04.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “Araz” – “Alyans” FK oyununda “Araz” komandasının 19 nömrəli futzalçısı Dmitri Bondarev oyunun 20-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

22.04.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “U-19” – “Baku Fire” oyununda “Baku Fire” komandasının 1 nömrəli futzalçısı Samir Mehdiyev oyunun 17-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

24.04.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Advokat” – “Hövsan” oyununda “Hövsan” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilir. Bu hal üçüncü dəfə təkrarlanarsa, komandanın yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq edilsin. (maddə 55.1)

24.04.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Borçalı” – “Star Karqo-2” oyununda “Star Karqo-2” komandasının 12 nömrəli futzalçısı Qalib Xasaylı oyunun 8-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

24.04.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Borçalı” – “Star Karqo-2” oyununda matçın 8-ci dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün “Star Karqo-2” komandasına 0:5 hesablı texniki məğlubiyyət verilir.

24.04.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Zülfüqar” – “Baker Tilly” oyununda “Zülfüqar” komandasının 14 nömrəli futzalçısı Zaur Kazımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

 

Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.