...

İntizam Komitəsinin qərarları


04.05.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “Neftçi” İK – EKOL  oyununda “Neftçi” İK komandasının 1 nömrəli futzalçısı Anar Məmmədov oyunun 42-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

01.05.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “Araz-Naxçıvan” – “Baku Fire”  oyununda “Baku Fire” komandasının 12 nömrəli futzalçısı Kamran Hacıyev oyunun 3-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

28.04.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Baku Fire-2” – “Forza Neftçi” oyununda “Baku Fire-2” komandasının baş məşqçisi Teymur Eyvazov ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanır (maddə 41.4).

28.04.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Baku Fire-2” – “Forza Neftçi” oyununda matçın 30-cu dəqiqəsində “Forza Neftçi” komandasının 32 nömrəli futzalçısı Əsgər Bəylərov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 37.3).

28.04.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Baku Fire-2” – “Forza Neftçi” oyununda “Forza Neftçi” komandasının 3 nömrəli futzalçısı Tofiq Hüseynov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

28.04.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Baku Fire-2” – “Forza Neftçi” oyununda matçın 30-cu dəqiqəsində “Baku Fire-2” komandasının 6 nömrəli futzalçısı Qüdrət Qasımzadə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 37.3).

28.04.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın ADBTİA – “Şuşa” oyununda “Şuşa” komandasının 77 nömrəli futzalçısı Tofiq Məlikov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

29.04.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Ulduz” – “Star Karqo” oyununda “Star Karqo” komandasının 1 nömrəli futzalçısı Ayxan Məmmədov oyunun 2-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

29.04.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Standard” – “Alyans Qrup” oyununda “Alyans Qrup” komandasının 19 nömrəli futzalçısı Aydın Qasımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

29.04.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Standard” – “Alyans Qrup” oyununda “Standard” komandasının 17 nömrəli futzalçısı Həbib Amanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

26.04.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Neftçi” İK – EKOL oyununda “Neftçi” İK komandasının 5 nömrəli futzalçısı Nurlan Mehdizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

26.04.2022-ci il tarixində Futzal üzrə Azərbaycan Kubokunun “Alyans Qrup” – “Forza Neftçi” oyununda “Alyans Qrup” komandasının 77 nömrəli futzalçısı Elçin Zeynalov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.