07.05.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “Araz” – “Ekol” oyununda “Ekol” komandasının 99 nömrəli futzalçısı Emin Kürdov oyunun 22-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1)
08.05.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Baker Tilly” – “Atletiko Baku” oyununda “Baker Tilly” komandasının 44 nömrəli futzalçısı Rəşad Səttarzadə oyunun 12-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
08.05.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Borçalı” – “Hövsan” oyununda “Hövsan” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).
Futzal üzrə İkinci Liqanın “Hövsan” komandası çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunur. Komanda çempionatın oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:5 hesabı ilə məğlubiyyət verilir.
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.