06.05.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Forza Neftçi” – “Star Karqo” oyununda matçın bitməsinə 01:26 qalmış “Star Karqo” komandası meydanı özbaşına tərk etdiyi üçün hesab olduğu kimi saxlanılmaqla komandaya texniki məğlubiyyət verilir (maddə 52.1).
13.05.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Zəngilan” – “Metropoliten” oyununda “Zəngilan” komandasının 12 nömrəli futzalçısı Kamil Aslanov oyunun 22-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
13.05.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Dəstə Ordubad” – ADBTİA oyununda “Dəstə Ordubad” komandasının 1 nömrəli futzalçısı Anar Rəhimov oyunun 19-cu dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
15.05.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Bibi-Heybət” – “Baku Fire-3” oyununda matçın 17-ci dəqiqəsində “Bibi-Heybət” komandasının 10 nömrəli futzalçısı Əsgər Bünyətov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41.3).
15.05.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Rəvan” – “Borçalı” oyununda “Rəvan” komandasının 9 nömrəli futzalçısı Anar Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanır (maddə 41.3)
15.05.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Timsport” – “İsma Baku” oyununda “Timsport” komandasının 4 nömrəli futzalçısı Ceyhun Mürşüdlü qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən təhqiredici ifadələr işlətdiyi üçün 3 oyun cəzalanır (maddə 41).
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.