...

“Neftçi” İK kubokun qalibi oldu


Bu gün Badamlı Azərbaycan kubokunun final oyunu keçirilib. Həlledici matçda Yüksək Liqanın bürünc mukafatçısı “Neftçi” İK və Birinci Liqanı 4-cü pillədə başa vuran “Alyans Qrup” komandaları qarşılaşıb. Əvvəlcədən də xəbər verdiyimiz kimi, hər iki komandanın heyətində cəzalı futzalçı vardı. “Neftçi” İK-dan Nurlan Mehdizadə görüşü kənardan izləyibsə, “Alyans Qrup”dan komandanı finala daşıyan qolun müəllifi Elçin Zeynalov qırmızı vərəqə cəzalısı idı. Əvəzində Birinci Liqa təmsilçisinə Aqşin Muxtaroğlu kömək edirdi.

CBC Sport kanalı vasitəsilə canlı yayımlanan oyunda əvvəl dövlət himni səsləndirilib. Hesabı nominal qonaqlar açıb. Məhəmməd Xəlilov 3-cü dəqiqədə status-kvonu pozdu. Növbəti qol isə 10-cü dəqiqədə gəldi. Omid Talebi hesabı bərabərləşdirdi. Növbəti dəfə İlkin Hacıyev adını tabloya yazdırdı. Talebi cərimə zərbəsini birbaşa qapıya yönəltməklə fərqi 2 topa çatdırdı. Birinci hissənin sonuncu dəqiqəsində  Yüksək Liqanın bürünc medalçısı daha bir qol vurdu. Bu dəfə Hasan Ali fərqləndi.

İkinci hissədə də “Neftçi” üstüblüyünü artırdı və ölkə kubokunun qalibi oldu.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları Azərbaycan Futzal Federasiyasının əməkdaşı Xosrov Məmmədov və “Badamlı” Şirkətinin İdarə heyətinin üzvü Nurlan Qasımov təqdim ediblər. Əvvəlcə hakimlər və hakim-isnpektor fəxri kürsüyə dəvət olunub. Daha sonra “Alyans Qrup”un qapıçısı Seymur Usanova şirkət tərəfindən qapıçı əlcəkləri hədiyyə olunub. “Neftçi”nin heyətində het-trik edən Omid Talebi isə final oyununun ən yaxşısı kimi mükafatlandırılıb. Mövsüm ərzində 30-a yaxın oyunun canlı yayımını təşkil etdiyinə, eləcə də futzalın təbliği ilə bağlı bir sıra layihələr həyata keçirdiyinə görə AFF adından CBC Sport televiziya kanalına təşəkkür plaketi verilib. “Araz-Naxçıvan” klubunun vitse-prezidenti Mahmud Sadıqov və idman direktoru Marat Salyansk mövsüm boyu klubla əməkdaşlıq edən “Badamlı” şirkətinə xatirə hədiyyəsi təqdim edib. Sonra finalda iştirak edən “Alyans Qrup”un üzvlərinə gümüş, qalib “Neftçi”yə isə qızıl medallar və ölkə kuboku təqdim edilib.

 

Neftçi İK – Alyans Qrup (4:1) 6:2

Badamlı Azərbaycan kubokunun finalı

24 may. Bakı İdman Sarayı. Saat 14:15

Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Nahid Xasıyev

Hakim-inspektor: Murad Məmmədov

Qollar: Omid Talebi, 9:23, 13:14, 23:31, İlkin Hacıyev, 12:10, Hasan Ali Jafari, 19:05, Seymur Məmmədov, 35:08 // Məhəmməd Xəlilov, 2:56, Aqşin Paşayev, 28:21

Sarı vərəqələr: Məhəmməd Xəlilov, 12:23, Fərid Beybutov, 13:13, Rəşad Zeynallı, 18:12, Mirkamil Əliyev, 19:41

 

Neftçi İK

12. Anar Məmmədov (q), 3. Oruc Baxşəlizadə, 7. İlkin Hacıyev, 11. Hasan Ali Jafari, 77. Omid Talebi, 1. Elnur Zamanov (q), 8. Vahid Xocayev, 4. Fərid Atakişiyev, 5. Seymur Məmmədov, 9. Oqtay Rüstəmli, 10. Rüfət Balakişiyev (k), 13. Əjdər Əjdərov, 14. İlqar Nuruşov, 17. Hüseyn Mənəfli,

Baş məşqçi: Elşad Quliyev

 

Alyans Qrup

1. Seymur Usanov (q), 19. Aydın Qasımov (k), 7. Mirkamil Əliyev, 8. Aqşin Paşayev, 22. Məhəmməd Xəlilov, 12. Elgün Mosuyev (k), 9. Amil Əlimirzəyev, 10. Fərid Beybutov, 11. Zaur Cigərxanov, 13. Comərd Baxşəliyev, 16. Rəşad Zeynallı (q), 18. Hümmət Əsədov, 5. Şəhriyar Cəlalov, 13. Comərd Baxşəliyev

Baş məşqçi: İlkin Əhədovde