UEFA Çempionlar Liqasının 2022/23-cü il mövsümündə ölkəmizi təmsil edəcək və mübarizəyə əsas mərhələdən start verəcək “Araz-Naxçıvan”ın rəqibləri iyulun 7-də məlum olacaq. B yolunda iştirak edəcək təmsilçimiz Liqeni (Kosovo), Şkupi 1927 (Şimali Makedoniya) və Citta di Eboli (İtaliya) klubları ilə qarşılaşmayacaq. Çünki bu komandalar öz qruplarının ikinci komandası olacaq. “Araz-Naxçıvan” da eyni mövqedə yer alacağından, onların yolu növbəti mərhələdə kəsişə bilər.